Komanda kouçinqi

Komanda kouçinqi: korporativ komandaların inkişafında güclü bir alət

Müasir korporativ dünyada uğurun əsas şərtlərindən biri – effektiv və bir-birini tamamlayan komandaların qurulması və davamlı inkişafıdır. Komanda kouçinqi məhz bu məqsədə xidmət edən güclü və dərin təsirli bir inkişaf metodudur.

Komanda kouçinqi nədir?

Komanda kouçinqi, bir qrup insanın ümumi məqsədlərə çatmaq üçün birgə işləməsini təkmilləşdirmək və potensialını maksimum dərəcədə reallaşdırmaq məqsədi daşıyan peşəkar inkişaf prosesidir. Bu prosesdə kouç, komanda üzvlərinin qarşılıqlı əlaqələrini, kommunikasiya bacarıqlarını və kollektiv performansını gücləndirmək üçün onlara dəstək olur.

Komanda kouçinqi, fərdi kouçinqdən fərqli olaraq, bütöv komandanın dinamikasına və sinerjisinə fokuslanır, onların birgə işləmə bacarıqlarını inkişaf etdirməyə xidmət edir.

Komanda kouçinqi digər inkişaf alətlərindən nə ilə fərqlənir?

Komanda kouçinqi, təlim, mentorluqkomanda quruculuğu (team-building) kimi metodlardan fərqli olaraq, hazır reseptlər və yönləndirici məsləhətlər təqdim etmir. Əvəzində, kouç komandaya güzgü tutur, onların öz daxili resurslarını və cavabları kəşf etməsinə yardımçı olur. Bu, komandanın avtonomluğunuözünütəşkil qabiliyyətini gücləndirir.

Kouçinq sessiyalarının gündəliyi və mövzusu bu xidməti alan şəxslər tərəfindən müəyyən edilir. Korporativ kouçinq proqramlarında isə şirkət rəhbərliyi kouçinqin istiqamətini müəyyən edə bilər.

Komanda kouçinqi harada və hansı hallarda istifadə olunur?

  • Yeni qurulmuş və ya birləşdirilmiş komandaların daha sürətli uyğunlaşması zamanı
  • Strategiya dəyişiklikləri və transformasiya proseslərində
  • Performansın artması və komanda daxilindəki münasibətlərin dərinləşdirilməsi məqsədilə
  • Komandadaxili konfliktlərin konstruktiv həlli üçün
  • Yüksək performanslı komandaların növbəti səviyyəyə keçidi zamanı

Korporativ mühitə təsiri və komanda kouçinqinin faydaları

Komanda kouçinqi təşkilatlarda etimad mədəniyyətinin formalaşmasına, açıq və səmimi ünsiyyətin inkişafına və liderlik keyfiyyətlərinin paylaşılmasına töhfə verir. Bu isə aşağıdakı faydaları yaradır:

  • Komanda üzvləri arasında daha güclü əməkdaşlıq və məsuliyyət paylaşımı
  • Dəyişən şəraitlərə uyğunlaşma qabiliyyətinin artması
  • Ortaq məqsədlərə fokuslanma və motivasiyanın güclənməsi
  • Komandanın öz-özünü idarə etmə bacarığının inkişafı

Nəticə

Komanda kouçinqi – sadəcə performansın artırılması üçün bir vasitə deyil, həm də komandaların mənalı və uzunmüddətli dəyişikliklərə imza atması üçün katalizatordur.

ALPHA Coaching və Consulting olaraq biz korporativ müştərilərimizə komandalarının potensialını üzə çıxarmaları və davamlı inkişaflarını təmin etmələri üçün komanda kouçinqi xidmətlərimizi peşəkar yanaşma ilə təqdim edirik. Qeyd edək ki, bizim komanda kouçlarımız Beynəlxalq Kouçinq Federasiyası tərəfindən akreditasiya olunmuş, Advanced Certification in Team Coaching (ACTC) beynəlxalq dərəcəsinə malik peşəkar mütəxəssislərdir.

Kouçinq nədir?

Kouçinq  insanların könüllü, şüurlu və planlı şəkildə daxil olduqları öyrənmə və şəxsi inkişaf prosesidir. Həyatlarında müsbət dəyişikliklərə qərar verən insanlar yüksəlmək istədikləri inkişaf pillələrinə çatmaq üçün kouç adlanan şəxsi inkişaf bələdçisinin müşayiəti ilə ruhi və zehni səyahətə başlayırlar. Kouçinqin əsas məqsədi – bu xidməti alan şəxsin potensialının kəşf olunması, özünə inamının və motivasiyasının artırılması, bacarıq və imkanlarının inkişaf etdirilməsi, ona mane olan sərhədlərin və sədlərin yıxılaraq performansının maksimuma çatdırılmasıdır. Kouçinq prosesinə daxil olan şəxslər həyatlarının, gələcəklərinin, düşüncə, davranış və addımlarının məsuliyyətini öz üzərinə götürərək daha böyük özünəinam və həvəslə şəxsi həyatlarında nizam-intizam yaratmağa başlayırlar.